'İstəklərinimi deyim, yoxsa niyyətlərinimi, nəticə eynidir, şər demək, qara yaxmaq!’

Bütün Xəbərlər
11:09 22.05.2012
1485

“Belə bir iddianı ortaya qoymaq üçün insan nəinki ağlını, görünür, vicdanını da itirmiş olmalıdır!”

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Azərbaycan qəzetinə geniş müsahibə verib. AZXEBER.COM-un məlumatına görə, o öz müsahibəsinə bir sıra məqamlara toxunub. Millət vəkili deyib ki, Azərbaycanda Avropanın mahnı müsabiqəsinin keçirilməsinə qarşı çıxan birinci qüvvə ermənilərdir: “Onlar mahnı müsabiqəsində iştirakdan imtina etdilər və beləliklə də yarışmanın Bakıda keçirilməsindən bir vasitə kimi istifadə edib Azərbaycanın imicini yaralamağa çalışdılar. İkinci qüvvə, erməni lobbisinin dəstəyi və maliyyə köməyi ilə ayrı-ayrı ölkələrin mətbuatında Avropa müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar uydurmalar yayaraq, Azərbaycanın imicinə zərbə vurmaq istiqamətində fəaliyyət göstərən bəzi ölkələrin qərəzli mətbuatıdır. Sonuncu qüvvə isə Azərbaycanın daxilində "beşinci kolon" missiyasını öz üzərinə götürmüş insanlardır ki, onlar yenə də "Eurovision"un Bakıda keçirilməsindən istifadə edərək ölkəmizə ləkə yaxmağa çalışırlar. Bu üç qüvvə birgə fəaliyyət göstərir. Əgər bunlar birgə fəaliyyət göstərib eyni məqsədlər uğrunda çalışırlarsa, demək, eyni yerdən də idarə olunurlar, tapşırıqlar alırlar. Beləliklə də "beşinci kolon" funksiyasını Azərbaycan müxalifətinin bəzi hissəsi öz üzərinə götürüb və bu gün də bu missiyanı yerinə yetirməklə məşğuldurlar. Bunu açıq şəkildə Azərbaycan cəmiyyətinə çatdırmaq lazımdır. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkəsi kimi imic qazanan bir məmləkətə çevrilib. Ölkəmizin inkişafından hər bir vətəndaş fayda götürür. "Beşinci kolon"un fəaliyyəti bu nöqteyi-nəzərdən, əslində, Azərbaycanın hər bir vətəndaşının əleyhinə çevrilib. Belə olan halda yəqin ki, hər bir Azərbaycan vətəndaşı da "beşinci kolon"un üzvlərinə çevrilmiş insanların fəaliyyətinin qarşısını almaq üçün səfərbər olmalıdır”. Ə. Əhmədov deyib ki, "Eurovision" ərəfəsində aqressiv müxalifətin xoşagəlməz hərəkətləri həm də onu göstərir ki, bu qüvvələrə yenə də tapşırıqlar verilib: “Bir halda ki onların bəziləri "beşinci kolon"un üzvü kimi fəaliyyət göstərirlər, deməli, onlar tapşırıqsız heç bir işlə məşğul ola bilməzlər. Bu tapşırıqlar Azərbaycanın imicinə zərbə vurmaq, dövlətimizin əleyhinə aparılan kampaniyaya qoşulmaqdan ibarətdir. Ancaq hesab edirəm ki, "beşinci kolon" missiyasını öz üzərinə götürən şəxslər çox zəifdirlər. İnsanların içərisində onlara inanan yoxdur və son günlərdə onların təşkil etdikləri mitinqlərin, kütləvi aksiyaların uğursuzluğa düçar olması ondan xəbər verir ki, Azərbaycan vətəndaşlarının onlara hər hansı bir etimadı qalmayıb. Müxalifətin və onlara sifariş verib havadarlıq edənlərin bütün cəhdlərinə baxmayaraq, ölkəmizdə "Eurovision-2012" mahnı müsabiqəsi uğurla həyata keçiriləcək. Kimin hansı niyyətlərə xidmət etməsindən asılı olmayaraq, bu yarışma Avropa müsabiqələri tarixində ən əhəmiyyətli, ən yaddaqalan müsabiqədən biri kimi tarixə qovuşacaq! Bakıya gələn hər bir insan açıq şəkildə görəcək ki, Azərbaycana qarşı bəzi qüvvələrin çirkin niyyətli fəaliyyəti böhtan və qarayaxmadır! Azərbaycan həqiqətlərini gözləri ilə görən xarici vətəndaşın nəzərlərində antiazərbaycançı qüvvələrin məkrli niyyətləri puç olacaq!”. Ə. Əhmədov müxalifətin növbəti prezident seçkilərində vahid namizədlə iştirak etmək ehtimalina da tounub: “Son illərin təcrübəsinə istinad etsək, deməliyəm ki bu, mümkün deyil! Azərbaycan müxalifəti indiyədək hər hansı bir birləşmək niyyətlərini sona çatdıra bilməyib. Dəfələrlə onlar bu və ya digər formada birləşməyə cəhd göstəriblər. Amma daxili intriqalar, şəxsi iddialarının partiya maraqlarından üstün olması belə bir birliyi həyata keçirməyə imkan vermir. Ona görə də əminəm ki, onların birləşib vahid namizədi ortaya çıxarması mümkün olmayacaq”. Ziyalılar Forumunun fəaliyyətinə qiymət verən YAP funksioneri b qurum haqda sərt ifadələr işlədib: “Əslində, onlar Azərbaycanın uğurları haqqında danışmağı heç arzulamırlar da! İstəklərinimi deyim, yoxsa niyyətlərinimi, nəticə eynidir, şər demək, qara yaxmaq! Reneqat Eldar Namazovun başına toplaşmış bir dəstə narazı insandan, görünür, başqa şey gözləmək olmaz! "Ziyalılar forumu", əgər həqiqətən öz adına sadiqdirsə, heç olmasa hərdən ziyalıların məşğul olmağı vəzifə borcu bildikləri problemlərdən də söhbət açaydılar. Onlar yalnız siyasətlə məşğuldur, yalnız siyasi bəyanatlar verirlər. Əgər belədirsə, niyə adlarını "ziyalıların siyasi forumu" qoymayıblar? Gözəl bir söz var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Bunlar nə olduqları kimi görünə bilirlər, nə də göründükləri kimi ola! Siyasətlə məşğul olmaq istəyirlər, buyurub olsunlar. Amma bunu etiraf etsinlər, daha oram ağrıyır, buram ağrıyır deyib ah-zar etməsinlər. Azərbaycanda hamı çox gözəl bilir ki, ziyalılar forumunda toplaşanların ağrıyan orqanlarının adı nə ürəkdir, nə də baş. Ağrıyan yerlərinin adı mədədir! Onlardan biri, Rafiq Əliyev son toplantılarında deyib ki, neft pulları hər yerə xərclənir, amma Qarabağa xərclənmir. Açığı mən bu qədər cəfəng, mənasız, məntiqdənkənar bir iddia eşitməmişəm. Belə bir iddianı ortaya qoymaq üçün insan nəinki ağlını, görünür, vicdanını da itirmiş olmalıdır!”.

OXŞAR XƏBƏRLƏR