İsti günləri xatırlamağın vaxtıdır: 18 dərəcə isti
Bütün Xəbərlər
18:16 27.02.2012
1442
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturunun gecə 1-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 28-29-da Abşeron yarımadasında mülayim temperatur şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli enməsi fonunda arab