İsti havada avtomobillərdə mobil telefon saxlayanlara XƏBƏRDARLIQ - VİDEO

İsti havada avtomobillərdə mobil telefon saxlayanlara XƏBƏRDARLIQ - VİDEO
SOSİAL
22:48 21.06.2026
318
Park halında olan avtomobilin əvvəlcə içərisində olan mobil telefonlar alışır... Sonra isə maşının özü yanmağa başlayır...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Təhlükəsizlik üzrə ekspertlər deyirlər ki, havanın temperaturunun yüksək olduğu günlərdə avtomobil salonunda istilik təhlükəli həddə çata bilər. Bu səbəbdən alışqan, mobil telefon, poəerbank və digər batareya ilə işləyən cihazları avtomobildə qoyub getmək ciddi risklər yarada və arzuolunmaz nəticələrə səbəb ola bilər.

Yay aylarında nəqliyyat vasitəsini kölgədə saxlamaq, zərurət yarandıqda isə avtomobilin ön şüşəsinə xüsusi günəşdən qoruyucu örtük yerləşdirmək tövsiyə olunur.

Ekspert onu da bildirdi ki, avtomobilin mühərrik bölməsində yanacaq sızması, elektrik naqillərində qısaqapanma və ya izolyasiyanın zədələnməsi, akkumulyator və elektrik sistemindəki nasazlıqlar da yanğına səbəb ola bilər.

OXŞAR XƏBƏRLƏR