İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir

İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
SOSİAL
15:39 06.07.2026
424
Hava temperaturunun normadan yüksək olması təkcə insanların gündəlik həyatına deyil, açıq havada çalışan işçilərin əmək şəraitinə də birbaşa təsir edir.

Xüsusilə tikinti, yol infrastrukturu, kommunal xidmətlər, kənd təsərrüfatı və digər açıq sahələrdə çalışan şəxslər isti hava şəraitində müxtəlif sağlamlıq riskləri ilə üz-üzə qalırlar.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan terapevt Zakir Quliyev bildirib ki, isti havada qalmaq orqanizm üçün bir sıra problemlər yarada bilər:

"Uzun müddət isti havada qalmaq orqanizmin həddindən artıq qızmasına, maye və duz itkisinə, susuzlaşmaya, yorğunluğa, diqqətin azalmasına, başgicəllənməyə, əzələ qıcolmalarına, ağır hallarda isə günvurma və ya istilik vurmasına səbəb ola bilər. Xüsusilə ürək-damar, şəkərli diabet və tənəffüs sistemi xəstəlikləri olan şəxslər, yaşlılar və ağır fiziki əmək fəaliyyəti ilə məşğul olanlar daha yüksək risk altındadır. Açıq havada ən təhlükəli saatlar adətən günəş şüalarının ən güclü olduğu 11:00-17:00 aralığı hesab olunur. Bu saatlarda mümkün olduqda açıq havada ağır fiziki işlərdən çəkinmək, işləri səhər tezdən və ya axşam saatlarına keçirmək daha məqsədəuyğundur".


Zakir Quliyev qeyd edib ki, istidən və günvurmadan qorunmaq üçün müəyyən təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:

"İstidən və günvurmadan qorunmaq üçün bol su içmək, susuzluğu gözləmədən mütəmadi maye qəbul etmək lazımdır. Bununla yanaşı açıq rəngli, yüngül və nəfəs alan geyimlərdən istifadə etmək, geniş kənarlı papaq və gün eynəyi taxmaq, kölgədə tez-tez fasilələr vermək, yüksək SPF-li günəşdən qoruyucu krem çəkmək, həmçinin alkoqollu, həddindən artıq şəkərli və kofeinli içkilərin qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Günvurma və ya istilik vurması baş verdikdə zərərçəkən dərhal sərin və kölgəli yerə aparılmalı, artıq geyimləri çıxarılmaldır.Daha sonra bədəni sərin su ilə isladılmalı və ya soyuq kompres tətbiq edilməli, huşu aydın olduqda isə kiçik qurtumlarla su verilməlidir. Əgər şəxsin bədən hərarəti çox yüksəkdirsə, qıcolma keçirirsə, huşunu itiribsə və ya vəziyyəti sürətlə pisləşirsə, dərhal təcili tibbi yardım çağırılmalıdır. Çünki istilik vurması həyati təhlükə yaradan təcili tibbi vəziyyətdir".
 
Bəs yüksək temperatur şəraitində çalışan işçilərin qanunla müəyyən edilmiş hüquqları nələrdir?

AZXEBER.COM-a danışan hüquqşünas Aytac Qurbanova bildirib ki, əmək qanunvericiliyinə əsasən, işəgötürən işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmağa borcludur:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcədən yuxarı olduqda açıq havada, eləcə də sərinləşdirici qurğular olmayan örtülü iş yerlərində iş dayandırılmalı və ya işçilərə iş vaxtına daxil edilən fasilələr verilməlidir. Soyuq hava şəraiti ilə bağlı isə qanunvericilik fərqli yanaşma tətbiq edir. Belə ki, qızdırılmayan örtülü binalarda temperatur müsbət 14 dərəcədən aşağı olduqda işçilərə isinmək üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır. Açıq havada görülən işlərlə bağlı temperatur həddi və digər meyarlar isə Əmək Məcəlləsinin 2 nömrəli əlavəsində tənzimlənir”.

 


Hüquqşünas əlavə edib ki, verilən fasilələr zamanı əməkhaqqı tam ödənilməlidir:

"Verilən fasilələr iş vaxtına daxildir və həmin müddət üçün əməkhaqqı tam ödənilir. İş hava şəraiti səbəbindən dayandırıldıqda bu, işçinin təqsiri hesab olunmur və boşdayanma vaxtı tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. Eyni zamanda, istehsalın xüsusiyyəti işin tam dayandırılmasına imkan vermədiyi hallarda işəgötürən iş rejimini dəyişə, növbəlilik rejimi tətbiq edə və ya iş vaxtını günün daha sərin saatlarına uyğun təşkil edə bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir