İsti havadan bezənlərə şad xəbər

İsti havadan bezənlərə şad xəbər
Bütün Xəbərlər
11:55 17.07.2013
1964

İyulun 19-dan etibarən Azərbaycan hava şəraitinin qeyri-sabit keçəcəyi və temperaturun aşağı düşəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, havanın temperaturu bu günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Ölkə ərazisində şimal küləyi əsəcək. İyulun 20-də səhərə qədər güclü şimal küləyinin əsəcəyi gözlənilir. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə təşkil edəcək.

Azərbaycanda hərarətin bu gün və sabah ən yüksək həddə çatacağı proqnozlaşdırılır. Lakin sabah axşamdan etibarən havanın temperaturu nisbətən aşağı düşəcək.

OXŞAR XƏBƏRLƏR