İsti havalar davam edəcək

İsti havalar davam edəcək
Bütün Xəbərlər
13:37 18.09.2012
1135
Yaxın 2 gündə ölkə ərazisində nisbətən isti hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-210, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR