İsti havalarda maskadan istifadə edərkən bunlara diqqət edin - Professor açıqladı

SAĞLAMLIQ
15:51 24.06.2020
2948
Koronavirusla mübarizə apardığımız günlərdə, həyata keçirdiyimiz önləyici tədbirlər başqa xəstəliklərə yol aça bilər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prof.Dr. Burhan Ergin isti havalarda maska taxarkən diqqətli olmağı məsləhət görüb:

"Virus səbəbindən spirt, bakteriyalar əleyhinə olan nəm dəsmallardan mütamadi istifadə edirik. Lakin bu vasitərlə əllərimizi tez-tez dezinfeksiya etməyimiz dəri xəstəliklərinin yaranmasına yol aça bilər. Buna görə də vacib olmadığı təqdirdə əllərimizi daha çox su ilə yumağımız tövsiyyə edilir.

Digər tərəfdən havalar isti keçdiyindən tibbi maskalarla nəfəs almağımız çətinləşə bilər. Yay fəsli olduğu üçün bu da üzümüzdə qaşıntıların, səpkilərin yaranmasına səbəb olar. Bunun üçün mümkün olduğu qədər maskadan isti ortamlarda az istifadə etməliyik. 

Prof.Dr. Burhan Ergin maska alarkən onun kağız deyil pambıq olmasından əmin olmağımızı, maska nəmləndiyi zaman mütləq yenisi ilə dəyişməyimizi tövsiyyə edib.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR