İstilərlə bağlı əhaliyə müraciət edildi

İstilərlə bağlı əhaliyə müraciət edildi
Bütün Xəbərlər
16:51 19.08.2014
4683
“Açıq havada gəzməyin”.
Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası sabah respublika ərazisində havanın isti keçəcəyi ilə əlaqədar olaraq, əhaliyə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə SalamNews-a Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.
Onun sözlərinə əsasən, TTTYS əhalini sabah günorta saatlarında açıq havada gəzməməyə çağırıb:
“İnsanlar mümkün qədər sərin və qapalı yerlərdə istirahət etsinlər. Xüsusilə fiziki işlə məşğul olanlara günün altında işləməmələri tövsiyə olunur. Çünki həmin vaxt bədəndə buxarlanma dərəcəsi artır. Xroniki, şəkərli diabet, qan-damar, təzyiq, ürək çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlər isti havada səhhətlərinə diqqət etsinlər”.
Bildirək ki, ötən gün Bakı Şəhər TTTYS-ə 1800-ə yaxın müraciət daxil olub. Müraciətlərdən beşi günvurma ilə bağlıdır. Xəstələrdən ikisi xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, müraciət edənlər əsasən orta yaşlı insanlardır.
OXŞAR XƏBƏRLƏR