Azərbaycan Milli Məclisinin payız sessiyasının vaxtı müəyyənləşdirilib.
ANS PRESS-in verdiyi məlumata görə, parlamentdən bildirilib ki, Milli Məclis bu il avqustun 30-da tətilə yekun vuracaq və deputatlar iş başında olacaqlar.
Komitə iclasları sentyabrın 15-dən başlayacaq. Qanunvericilik orqanın ilk plenar iclası isə sentyabrın 30-da baş tutacaq. Bu, Azərbaycan Parlamentinin IV çağırışda son sessiyası olacaq.
Bu il mayın 29-da Milli Məclisin yaz sessiyası işini başa çatdıraraq tətilə çıxıb. Yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun qəbul olunub. Bu müddət ərzində 70-dək nümayəndə heyəti 30-a yaxın ölkədə səfərdə olub.
Bu il noyabrın 1-də Milli Məclisə V çağırış seçkilər keçiriləcək.