İstirahət günləri Azərbaycanda 9 nəfər suda boğuldu

İstirahət günləri Azərbaycanda 9 nəfər suda boğuldu
Bütün Xəbərlər
15:16 22.07.2013
977

Azərbaycanda iki gündə 9 nəfər suda boğularaq ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı İnna Lukyaçenko, Bakı şəhər sakinləri İslam Bəşirov, Fərid Əfəndiyev, Talıb Əlləmov, Fərid Quliyev, Nurlan Məmmədov dənizdə çimərkən boğularaq ölüblər.

Bundan başqa, Namiq Həsənovun Abşeron-Samur su kanalında, Abşeron rayon sakini Mehi Məmmədova Baş Mil su kanalında, Goranboy rayonu Zeyvə kənd sakini Ömər Musayev isə göldə çimərkən boğulublar.

OXŞAR XƏBƏRLƏR