AZXEBER.COM "Shimal.news”a istinadən xəbər verir ki, gənclər işləmək üçün Sumqayıt şəhərinə gediblər. İstirahət günü onlar dənizdə çimərkən batma təhlükəsi ilə üzləşiblər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2001-ci il təvəllüdlü Məhəbbət Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Mustafayev və 2001-ci il təvəllüdlü Elbrus Cəlalovu xilas etməyə müvəffəq olublar.
Niyaz Pirməmmədovun nəşi ötən gecə doğulduğu Quba rayonuna gətirilib və bu gün doğma kəndində torpağa tapşırılıb.
Bildirilib ki, o, ailənin yeganə oğul övladı olub və üç bacının bir qardaşı idi.
Faktla bağlı araşdırma aparılır.











































