İstixanada narkotik bitki becərən Ramana qəsəbə sakini saxlanılıb.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, Xəzər polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Tərxan Manafovun həyətində yerləşən istixanada fəhlə işləyən Ramana qəsəbə sakini Vüqar Qurbanovun əkib becərdiyi yaş çəkisi 6 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu tapılıb.Bundan başqa onun yaşadığı evə baxış keçirilərkən əlavə olaraq 6 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib.