Bu gün AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan milli komandası qrupda 2-ci oyununu keçirəcək.
AZXEBER.COM xəbər verir ki, matç saat 22:45-də Solna şəhərindəki "Friends Arena”da keçiriləcək.
Belə ki, millimiz İsveç yığması ilə üz-üzə gələcək.
"CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Stefani Frappar olacaq.
Mikayıl