İsveç Rusiyanı izləmək üçün ilk hərbi peykini orbitə buraxıb

İsveç Rusiyanı izləmək üçün ilk hərbi peykini orbitə buraxıb
DÜNYA
05:24 04.05.2026
359
İsveç, digər vəzifələrlə yanaşı, Rusiya ərazisini izləmək üçün istifadə ediləcək ilk hərbi peykini buraxıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "SVT" telekanalı məlumat yayıb.

Bəyanata görə, cihaz ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından orbitə buraxılıb. Peykin təyin olunmuş orbitə təxminən bir ay ərzində çatacağı gözlənilir.

Qeyd olunur ki, gələcəkdə İsveç on peykdən ibarət öz qrupunu yaratmaq niyyətindədir. Hazırda İsveç Silahlı Qüvvələri əsasən müttəfiqlərdən və kommersiya qurumlarından peyk görüntüləri alır.
 
/report
OXŞAR XƏBƏRLƏR