İsveç yaxın qohumlar arasında evliliyi qadağan edəcək

İsveç yaxın qohumlar arasında evliliyi qadağan edəcək
DÜNYA
04:23 28.05.2026
585
İsveç parlamenti yaxın qohumlar arasında nikahı qadağan edən yeni qanunu yekdilliklə qəbul edib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, 1 iyul 2026-cı ildən etibarən əmioğlu-bibiqızı və digər yaxın qohumlar arasında nikahlar qadağan ediləcək.

Qanuna əsasən, qadağa doğma və ögey qardaş-bacılara, eləcə də övladlığa götürmə nəticəsində yaranan qohumluq münasibətlərinə də şamil olunur.

Yeni qaydalara görə, İsveç xaricdə bağlanmış belə nikahları da tanımayacaq.

Qeyd olunur ki, əmioğlu-bibiqızı nikahları İsveçdə XVII əsrdən bəri icazəli idi, lakin nadir hallarda baş verirdi.

Rəqəmlərə görə, ölkədə bu cür nikahlardan yaranmış təxminən 140-150 ailə var.

Hakimiyyət bu addımı əsasən bəzi regionlardan gələn miqrasiya fonunda mümkün artımla izah edir və məcburi nikahların qarşısının alınacağını bildirir.
OXŞAR XƏBƏRLƏR