İsveçrə İsrailin hücumlarını intensivləşdirdiyi Livandakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyinin X hesabında paylaşılan yazıda "Livanda vəziyyət qeyri-müəyyən və təhlükəlidir. Bu ölkəyə səyahət tövsiyə edilmir" deyilir.
Bu ölkədəki İsveçrə vətəndaşlarına "mümkünsə” ölkəni tərk etmələri tövsiyə edilərkən, Beyrutdakı səfirliyin məhdud yardım üçün açıq qaldığı qeyd edilib.
Gülay