İsveçrənin cənubunda 22 sentyabrda Tiçino kantonunda keçirilən referendumun nəticələrinə görə, çadra geyinmək qadağan olunub.
AZXEBER.COM İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, “Carriere del Ticino” qəzeti yazır ki, kantonun vətəndaşlarının 52%-i yerli konstitusiyanın sərtləşdirilməsinin lehinə çıxış ediblər. Maraqlıdır ki, əvvəllər jurnalist, daha sonra isə siyasətçi olan Corco Qirinqellinin irəli sürdüyü təşəbbüsün mətnində nə çadra, nə niqab, nə də hicabın konkret olaraq adı çəkilmir. Yerli plebisitə çıxarılmış mətnə görə, “heç bir insan küçədə və ya ictimai yerlərdə üzünü bağlamaq haqqına sahib deyil” və “heç bir insan öz cinsi mənsubiyyətinə görə, üzünü bağlamağa məcbur edilə bilməz”.