"İsveçrənin Ermənistanı hazırkı vəziyyətdən çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur"

"İsveçrənin Ermənistanı hazırkı vəziyyətdən çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur"
SİYASƏT
13:25 11.01.2014
1267

Minsk qrupu həmsədrlərinin ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Didye Burkhalterlə keçiriləcək görüşü plan xarakteri daşıyır.

Bu görüş çərçivəsində ötən 2013-cü ilin yekunları müzakirə ediləcək və cari ilin gündəliyi müəyyənləşdiriləcək.AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu 1news.az-a Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bəyan edib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planındakı hər hansı dəyişikliklər və ya irəliləyişlərdən ATƏT-in həmsədrlərinin bu görüşünün yekunları üzrə yox, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşündən sonra danışmaq mümkündür, XİN rəhbərlərinin bu görüşünün məqsədi də iki ölkənin prezidentləri arasında növbəti yüksək səviyyəli danışıqlara hazırlıqdan ibarətdir.“Azərbaycan həmsədrlərdən münaqişənin nizamlanması ilə bağlı fəallıq gözləyir və danışıqlar prosesinin hansısa yeni formulların axtarılıb-tapılması vasitəsilə yox, artıq əldə olunmuş razılaşmalar əsasında davam etdirilməsini arzu edir” – Fərhad Məmmədov bəyan edib.Xatırladaq ki, 2009-cu ilin oktyabr ayının 10-da Sürixdə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair imzalanan Ermənistan-Türkiyə protokolları hələ də bu iki dövlətin parlamentləri tərəfindən ratifikasiya olunmayıb.“İsveçrədə imzalanan Sürix protokolu Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir edir. Ermənistan və Türkiyə arasında sərhədin bağlanması Ermənistan - Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin əsasını təşkil etməsi faktına məhəl qoyulmadığını təsdiqləyir.

Məlum olduğu kimi, bu sərhədlərin bağlanmasına səbəb Ermənistanın Azərbaycan rayonlarını işğal etməsidir. Ermənistanın işğalı hələ də davam etdirdiyini nəzərə alsaq, sərhədlərin açılmasının münaqişənin həlli istiqamətində irəliləyişlə nəticələnməsi məntiqəuyğundur.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı güzəştə gedəcəyinə az-çox ümidlər olsa da, Azərbaycan tərəfi belə güzəştin ediləcəyini heç vaxt gözləməyib.Tarix göstərdi ki, Ermənistana sosial-iqtisadi və siyasi blokadadan cıxmaq imkanı verildikcə, o, problemin sülh yolu ilə nizamlanması istiqamətindəki mövqeyindən daha da uzaqlaşır.Azərbaycanın prinsipial mövqeyi hamıya bəllidir. Azərbaycanın rəyi nəzərə alınmadan İsveçrə, yaxud başqa bir dövlətin bölgədəki hazırkı vəziyyəti dəyişmək cəhdləri qeyri-mümkündür” -SAM rəhbəri qeyd edib.Ekspertin bildirdiyinə görə, bu gün İsveçrə tərəfindən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı müxtəlif layihələr maliyyələşdirilir. Buraya həm də sərhəd zonalarında qeyri-hökumət sektoru, media nümayəndələrinin görüşlərinin təşkil edilməsi daxildir.“Lakin buna baxmayaraq, münaqişənin siyasi həlli olmadan İsveçrənin Ermənistanı hazırkı vəziyyətdən çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur” – F.Məmmədov qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi