İşxan Verdyan: “Ermənistan hərbi məğlubiyyətə uğradı...”

İşxan Verdyan: “Ermənistan hərbi məğlubiyyətə uğradı...”
SİYASƏT
12:21 27.04.2021
483
Ermənistanda iyunun 20-nə təyin edilmiş erkən parlament seçkilərinə hazırlıq işləri sürətlə davam edir.  Seçki kampaniyasına erməni siyasətçilərdən əlavə qondarma "Qarabağ klanı” üçün çalışan xarici qüvvələr də fəal şəkildə qoşulub. Təbii olaraq, Marqarita Simonyanın rəhbərlik etdiyi "Russia Today” (RT) telekanalı bu siyahıda ön sıradadır.

Ötən gün RT kanalı "Dəyişikliklərin dəyəri. Populizm və Hakimiyyət uğrunda Mübarizə Texnologiyaları” filmini yayımlayıb.

Təxminən bir saat davam edən "sənədli film”də Nikol Paşinyan bütün baş verənlərdə günahlandırılır, "Qarabağ klanı” isə "süddən çıxmış ağ qaşıq” kimi görünür. Erməni lideri Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə müqayisə edilir, Paşinyanın Ermənistandakı həqiqi dəstəyi barədə isə bir söz deyilmir (baxmayaraq ki, bu sosioloji sorğuların məlumatları ilə təsdiqlənib).

Tanınmış erməni fəalı və bloqer İşxan Verdyan Caliber.Az-a bununla bağlı şərh verib. Onun sözlərinə görə, RT-nin çəkdiyi filmin mesajı küçədən gələn insanların ölkəni məhv etmək, dağıtmaq, ərazilərini itirmək iqtidarında olmalarını göstərməkdir:

"Bu istənilən tərəfə yönəltməyin mümkün olduğu siyasi ismarıcdır. Filmin içində həqiqət olsaydı maraqlı görünərdi, amma yoxdur, bu, yalandır”, - deyə o, bildirib.

Erməni fəal yalan dedikdə müharibə zamanı Ermənistanın nəyisə itirdiyi barədə süjeti nəzərdə tutduğunu bildirdi.

"Bir şey anlaşılmalıdır. Bəli, Ermənistan hərbi məğlubiyyətə uğradı, ancaq heç nə itirmədi, sadəcə 30 ilə yaxındır daşıdığı "iqtisadi yüklə” vidalaşdı. Mən Azərbaycanın işğal olunmuş rayonlarını nəzərdə tuturam. Milliyyətindən asılı olmayaraq, hər iki tərəfdə həlak olanlar üçün çox təəssüflənirəm. Ancaq bu müharibənin nəticəsini məğlubiyyət hesab etmək olmaz, çünki Ermənistan öz sərhədləri daxilində qaldı”.

Müsahibin sözlərinə görə, sözügedən film yalan konsepsiyası üzərində qurulub və seçkidən əvvəl yayımlanıb.

"Bu, seçicilərə təsir göstərmək, Ermənistanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilə bilər”, - deyə Verdyan vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir