İngiltərənin Essex şəhərində qeyri-adi hadisə yaşanıb.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Jarvis adlı sakin donmuş çaydan çıxa bilməyən itini qurtarmaq üçün həyatını təhlükəyə atıb.
48 yaşlı Jarvis iki qızı və həyat yoldaşı ilə birlikdə çay sahilində gəzərkən, iti qazların arxası ilə buz tutmuş çayın üzərində qaçmağa başlayıb. Buzun qırılması nəticəsində it suya düşüb. Batmağa başlayan itin köməyinə isə sahibi çatıb. Jarvis -4 dərəcə havada paltarlarını çıxararaq itinin suya düşdüyü yerə çatıb. İtə çatdığı an ikinci talehsizlik yaşanıb. Jarvisi üzərində gəzdiyi buzlar da qırılıb. Ancaq suya düşən Jarvis, iti tutaraq sahilə çıxarmağı bacarıb.
Çay sahilindən keçən şəxs tərəfindən lentə alınan görüntülər, internetdə izlənmə rekordu qırıb.
Ozal İbrahimli