İtaliya A Seriyasında klubların sayı azaldıla bilər

İDMAN
20:26 09.01.2024
267
İtaliya A Seriyasında klubların sayı 20-dən 18-ə azaldıla bilər.

Liqanın prezidenti Lorentso Kazini bununla bağlı qeyri-rəsmi danışıqlara başlayıb.

Liqada komanda sayının azaldılmasının tərəfdarı olanlar əsasən A Seriyasının aparıcı klublarıdır. Onların nümayəndələri UEFA Çempionlar Liqasının (ÇL) yeni formatına görə bunu zəruri hesab edirlər. Çünki 2024/2025 mövsümündən ÇL ilə əlaqədar ölkə çempionatının təqvimi sıxlaşacaq.

Komanda sayının azaldılması üçün A Seriyasının ən azı 14 klubu razılıq verməlidir.
 
///report

OXŞAR XƏBƏRLƏR