İtaliya Azərbaycan qazının Avropaya nəqlində əsas qovşaq rolunu oynayır

İtaliya Azərbaycan qazının Avropaya nəqlində əsas qovşaq rolunu oynayır
SİYASƏT
08:59 07.05.2026
205
Müəllif: Natiq Cəfərov
Göygöl RİHB-nın Xaqani kənd İƏD üzrə nümayəndəsi
 
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı verdiyi bəyanatda Cənubi Qafqazda sülh quruculuğu prosesi və Azərbaycanın regiondakı rolu müzakirə mövzusu olub. İtaliya Azərbaycan qazının Avropaya nəqlində əsas qovşaq rolunu oynayır. Mətbuata bəyanatda Cənub Qaz Dəhlizi və onun ayrılmaz hissəsi olan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsinin əhəmiyyəti xüsusi qeyd edilib: "Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır və biz bu əməkdaşlığı bərpa olunan enerji sahəsinə də daşımaq niyyətindəyik.” Prezident İlham Əliyev Azərbaycanın "yaşıl enerji” potensialından bəhs edərək, gələcəkdə Xəzər dənizindən istehsal olunacaq elektrik enerjisinin Avropaya, o cümlədən İtaliyaya ixracı imkanlarını diqqətə çatdırıb. Ciorcia Meloni isə İtaliya şirkətlərinin bu layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR