İtaliya çempionatı: “Yuventus” “İnteri” məğlub etdi və liderliyə yüksəldi
İDMAN
11:51 30.10.2011
1489
İtaliya futbol çempionatının 10-cu tutur çərçivəsində Turinin “Yuventus” klubu Milanın “İnter” komandasını məğlub edərək, A seriyasının vahid liderinə çevrilib. “San-Siro”dakı qarşılaşma qonaqları 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 12-ci dəqiqəsində “Yuventus”un monteneqrolu hücumçusu Mirko Vuçiniç heçabı açıb. Maykon 28-ci dəqiqədə hesab bərabərləşdirsə də, cəmi 5 dəqiqə sonra Klaudio Markizio “Qoca senyora”nı yenidən hesabda irəli çıxarıb. Beləliklə, Antonio Kontenin komandası məğlubiyyətsizlik seriyasını 9 oyuna çatdırdı və 19 xalla turnir cədvəlinin vahid lideridir. Türkiyənin “Trabzonspor” klubunun Çempionlar Liqasındakı rəqibi “İnter” isə 9 oyunda beşinci dəfədir məğlub olur və 16-cı pillədədir. İtaliya çempionatında günün digər qarşılaşmalarının nəticələri: Roma-Milan 2:3 Kataniya-Napoli 2:1.