İtaliyanın Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsindəki mahnısının dəyişdirilməsinin səbəbləri məlum olub.
AZXEBER/COM-un müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, Eurovision.az saytının sualını cavablandıran İtaliyanın müsabiqə üzrə nümayəndə heyətinin rəhbəri Nikola Kaligiore bu barədə ölkənin ictimai yayımçısının qərar verdiyini açıqlayıb.
"Düşündük ki, ikinci seçdiyimiz mahnı səhnəyə daha uyğundur. Doğrudur, "Per Sempre" adlanan birinci mahnımız çox gözəl idi, sadəcə onun üçün şou quruluşunun hazırlanmasına çox vaxt tələb olunurdu. İkinci mahnı "L'Amore È Femmina" ("Out Of Love") isə daha tez yadda qalır və onun şou baxımından səhnə təcəssümü daha asandır. Ona görə də "Per Sempre" mahnısını dəyişmək qərarına gəldik", - Kaligiore deyib.