İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLAR

İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOLAR
İQTİSADİYYAT
10:00 30.04.2024
731

Aralıq dənizi sahillərinin qədim mədəniyyət ənənələrinin ehtişamını müasir trendlər və innovativ yeniliklərlə birləşdirərək premium interyer həlləri təklif edən La Casa Dei Sogni şourumunun Bakıda açılış mərasimi keçirilib. 

Mərasimi giriş sözü ilə şourumun daxil olduğu distributor şirkətinin həmtəsisçisi Toğrul Məmmədli açıb: 

"La Casa Dei Sogni şourumunda sizin xəyalını qurduğunuz dizaynı gerçəkləşdirmək üçün 30-dan çox fərqli kataloqla dekorativ tətbiq üsulu və bu üsulların birləşməsindən əmələ gələn yüzlərlə tətbiq imkanları təklif edirik. Ümid edirəm ki, şourumda təqdim edilən xidmətlər və həllər sizin xəyallarınızı gerçəkləşdirməkdə yardım edəcək”.

Daha sonra Renner şirkətinin nümayəndəsi Giovanni Ciafre və Moruzia Soverini, Valpaint şirkətinin nümayəndəsi Allesandro Galimberti və Andrea Zonca da Azərbaycanla əməkdaşlıqları barədə məlumat veriblər. 

Dünyada ilk dəfə mebel və dekorativ boyanı bir brend altında birləşdirirən La Casa Dei Sogni Şourumda boyalara dekorativ tekstur verməkdən ötrü İtaliya təbiətində tapılan müxtəlif mərmər, gips, gil və digər təbii minerallardan istifadə edilir. La Casa Dei Sogni şourumunun marketinq direktoru Müşfiq İskəndərov bildirib ki, şourumda təqdim olunan həllər Azərbaycanda bu istiqamətdə inqilabi yeniliyin başlanğıcıdır: 

"La Casa Dei Sogni şorumunun fəaliyyəti nəticəsində Azərbaycanda fərqli bir ənənənin yaranacağına əminik. İtaliya mədəniyyətini biz öz mənzilimizdə, yaşadığımız, olduğumuz yerdə hiss etmək, bu dəyərləri bir nöqtə ətrafında ümumiləşdirmək üçün La Casa Dei Sogni artıq Azərbaycandadır. Bu qüruru sizinlə paylaşmaqdan çox məmnunam”.

Beynəlxalq qurumların, eyni zamanda, İtaliyanın müxtəlif keyfiyyət sertifikatlarına layiq görülən məhsullar dəfələrlə "Təbiətin dostu” sertifikatları ilə də təltif olunub. Eko-dayanıqlı prinsiplər əsasında fəaliyyət göstərən həmin şirkətlərdə istehsal edilən hər bir boyanın qablaşdırması 100%, məhsulları isə 30% təkrar emal edilən maddələrdən hazırlanır.

Qeyd edək ki, La Casa Dei Sogni İtaliyanın mebel boyası nəhənglərindən Renner, dekorativ boya sahəsinin öncüllərindən NovaColor və Valpaint kimi lider markaların distribütorluğunu həyata keçirir.  

Onu da qeyd edək ki, Şourumda təklif olunan həllərlə yaxından tanış olmaq üçün Ağ Şəhərdə 2-ci Yaşıl ada küçəsi 5 ünvanında yerləşən Şouruma baş çəkə yaxud 050 208 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib