İtaliya qarışdı: onlarla yaralı var (VİDEO)

İtaliya qarışdı: onlarla yaralı var (VİDEO)
Bütün Xəbərlər
11:48 16.10.2011
1315
İtaliyada korporasiyalar əleyhinə etiraz aksiyaları kütləvi iğtişaşlara çevrilib. Toqquşmalar nəticəsində 70-dən çox yaralanıb. Romanın küçələrinə on minlərlə adam çıxıb. Aksiya əvvəlcə sakit keçib. Lakin sonradan kütlədən ayrılan bir qrup şəxs şüşələri sındırmağa və maşınları yandırmağa başlayıb. Polis əməkdaşları iğtişaşçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Nümayişçilər butulka və daşla cavab veriblər, polis maşını yandırılıb.Toqquşmalar nəticəsində hər iki tərəfdən xəsarət alanlar var. Baş nazir Silvio Berluskoni iğtişaşların səbəbkarlarının cəzalandırılmasını tələb edib.
OXŞAR XƏBƏRLƏR