İtaliya Senatında Ermənistanın törətdiyi cinayətlərdən danışılıb

İtaliya Senatında Ermənistanın törətdiyi cinayətlərdən danışılıb
DÜNYA
22:10 15.07.2021
1131
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliya Senatında təşkil olunmuş "Bir daha müharibənin mülki qurbanları olmasın!” adlı mətbuat konfransında çıxış edib.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib.

Tədbir İtaliya Senatı, İtaliya Təhsil Nazirliyi, İtaliyanın Müharibə Mülki Qurbanları üzrə Milli Assosiasiyası və Dünyada Müharibə və Münaqişələrin Mülki Qurbanları Gününün Yaradılmasının Təşviqi Komitəsi tərəfindən birgə təşkil olunub.

Çıxışında Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü vaxtı azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətləri, Xocalı soyqırımı, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Vətən müharibəsi günlərində Azərbaycan şəhərlərinə və mülki obyektlərinə Ermənistan tərəfindən kasetli bombalar və ağır artilleriya silahları ilə edilən hücumlar, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlamasının mülki əhali arasında səbəb olduğu ağır nəticələr barədə danışıb.

Diplomat, habelə Azərbaycanın bölgədə sülh və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımlar, ölkəmizin sülh çağırışlarına Ermənistan tərəfindən adekvat reaksiyanın göstərilməməsi barədə də məlumat verib. Eləcə də, Ermənistan tərəfindən bölgədə sülhə təhdid yaradan təxribatlar, ərazilərin minalanmasından irəli gələn problemlər barədə danışıb, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməkdə məqsədinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyimiz böyük yenidənqurma və bərpa layihələrinə və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına maneə yaratmaq olduğunu bildirib.

Çıxışında M.Əhmədzadə, həmçinin Azərbaycanın multikulturalizm modeli, multikultural dəyərlərin dünyada təşviqində ölkəmizin həyata keçirdiyi fəaliyyət, Azərbaycanın təşəbbüskarı olduğu strateji enerji və nəqliyyat layihələrinin bölgədə sülh, təhlükəsizilik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib.

Çıxışının sonunda diplomat beynəlxalq ictimaiyyətin Ermənistanı revanşist iddialardan əl çəkməyə, sülh haqqında düşünməyə və yaxşı qonşuluq siyasəti yürütməyə çağırmasının vacibliyini bildirib.

Mətbuat konfransında çıxış edən İtaliya Senatının "İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu, İtaliyanın Müharibə Mülki Qurbanları üzrə Milli Assosiasiyasının prezidenti Cüzeppe Kastronovo və Dünyada Müharibə və Münaqişələrin Mülki Qurbanları Gününün Yaradılmasının Təşviqi Komitəsinin prezidenti, səfir Umberto Vattani müharibənin mülki qurbanları problemi, sülh və həmrəylik mədəniyyətinin münaqişələrin qarşısının alınması və həlli vasitəsi olması barədə danışıblar. Bu məqsədlə 28 iyul 2021-ci il tarixində İtaliyanın Taormina şəhərində keçiriləcək "Bir daha müharibənin mülki qurbanları olmasın: sülh və həmrəylik mədəniyyəti münaqişələrin qarşısının alınması və həlli vasitəsi kimi” adlı beynəlxalq konfrans barədə məlumat veriblər.

İtaliya Senatının televiziya kanalı və sosial şəbəkə profillərində canlı olaraq yayımlanmış mətbuat konfransı İtaliyanın kütləvi informasiya vasitələrinin də geniş diqqət mərkəzində olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu