İtaliyada daşqın və torpaq sürüşməsi: Ölənlər var

İtaliyada daşqın və torpaq sürüşməsi: Ölənlər var
DÜNYA
21:45 18.04.2025
997
Üç nəfərin ölümü, onlarla insanın təxliyə edilməsi və minlərlə insanın elektrik enerjisiz qalması İtaliyanın şimal və mərkəz bölgələrini vuran qasırğanın ilkin nəticələridir.

Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, güclü yağış və dolu bir neçə şəhərdə daşqınlara səbəb olub və infrastruktura ciddi ziyan vurub.

Pado çayının daşması ilə əlaqədar Lombardiya və Emiliya-Romanya bölgələrində qırmızı, Pyemontda isə narıncı həyəcan siqnalı verilib.

Fransa ilə sərhəd bölgəsi olan Valle-d'Aostada təxminən 7 min nəfər elektrik enerjisiz qalıb.

 


OXŞAR XƏBƏRLƏR