İtaliyada güclü yağışın daşqınlara səbəb olduğu və 3 nəfərin öldüyü bildirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İtaliyanın Turin şəhəri yaxınlığındakı Monteu da Po qəsəbəsində bir nəfərin boğularaq öldüyü bildirilib.
Viçenza şəhəri yaxınlığındakı Valdaqnoda ata və oğulun avtomobili ilə seldən xilas olmaq istəyərkən sürüşmə nəticəsində yaranan çuxura düşərək yoxa çıxdıqları açıqlanıb. İtaliya fövqaladə hallar idarəsinin sosial media hesabında paylaşılan paylaşımda ata və oğulun cansız bədənlərinin səhər saatlarında çuxurdan çıxarıldığı qeyd edilib.
Valle d'Aosta bölgəsində 6400 nəfərin işıqsız qaldığı, Turin şəhərinin yerləşdiyi Piedmont bölgəsində isə mənfi hava şəraitinin sakitləşdiyi, xəbərdarlıq səviyyəsinin ən yüksək "qırmızı"dan "narıncı"ya endirildiyi bildirilib.
Oksana