İtaliyanın Siciliya adasındakı Etna vulkanında aktivləşib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Vulkanın krateri günlərdir ki, kül və lava püskürür.
Rəsmilərin sözlərinə görə, Etna dağı günlərdir lava və kül püskürür. Bununla belə, fəaliyyət hələ hava nəqliyyatına təsir edəcək qədər böyük deyil. Yerli əhali üçün də heç bir təhlükə yoxdur.
3300 metr hündürlükdə Avropanın ən yüksək vulkanı olan Etna sonuncu dəfə keçən il aktiv olub. İyunun 7-də baş verən partlayışdan sonra bölgədə hava hərəkəti dayandırılıb.
Qeyd edək ki, Vulkan 2013-cü ildə YUNESKO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilib.
Oksana