İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı

İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
SİYASƏT
17:24 24.08.2026
299
"Bakı və Daşkənd arasında "Əbədi Dostluq Müqaviləsi”nin imzalanması iki xalqın tarixi, mədəni və qohumluq köklərinə əsaslanan strateji ittifaqı siyasi və rəsmi səviyyədə möhkəmləndirməkdir”

AZXEBER.COM xəbər verir ki, bu Avropa–Asiya əlaqələri üzrə italyalı ekspert Karlo Marinonun "Eurasiaticanews” portalında yazısında yer alıb.

O qeyd edib ki, Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra münasibətlər daha da sürətlənib:

"Özbəkistanda Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra (2016) münasibətlər daha da sürətlənib, yüksək səviyyəli təmasların sayı əhəmiyyətli dərəcədə artıb.  
Son beş ildə Prezident İlham Əliyev Özbəkistana iki dövlət və dörd işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə Azərbaycana iki dövlət və yeddi işgüzar səfər həyata keçirib. Müqavilə iki ölkə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qaldıraraq iqtisadi, siyasi və mədəni əməkdaşlığı gücləndirir”.

İtalyan ekspert vurğulayıb ki, hazırda Azərbaycan və Özbəkistan arasında təxminən 220 hüquqi sənəd qüvvədədir:

"Hazırda Azərbaycan və Özbəkistan arasında təxminən 220 hüquqi sənəd qüvvədədir, Müstəqil Dövlətlərarası Ali Şura fəaliyyət göstərir, həmçinin birgə investisiya şirkəti yaradılıb. İki ölkə arasında ticarət dövriyyəsi 2026-cı ildə 795 milyon ABŞ dollarına, tranzit daşımaları isə 2025-ci ildə 1,4 milyon tona çatıb”.
 


Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR