İtkin düşən neftçi İmanın ailəsinə göndərdiyi - SON FOTOLAR

İtkin düşən neftçi İmanın ailəsinə göndərdiyi -  SON FOTOLAR
Bütün Xəbərlər
11:30 09.12.2015
5945

Xəzərin amansızlıqla udduğu neftçinin son kəlməsi isə...

Sosial şəbəkələrdə “Günəşli” platformasındakı bədbəxt hadisə nəticəsində dənizdə itkin düşən İman Qasımovun ailəsinə göndərdiyi son fotoları yayılıb.

Oxu.Azxəbər verir ki, telefonunda neftçinin son mesajını və şəkillərini görən həyat yoldaşı əvvəlcə gözlərinə inana bilməyib. Daha sonra onunla telefon əlaqasi saxlayıb:

“İlk dəfə mesajını və şəkillərini görəndə elə bildim mənimlə zarafat edir. Daha sonra zəng etdim, söylədi ki, yaxşıyam narahat olma.

Xəbərlərdə bu haqda məlumat eşitdikdən sonra yenidən əlaqə saxladım, yazdı ki, vəziyyət ağırdır. Sonuncu sözü isə “sağ-salamatam özüm zəng edəcəyəm” oldu. Daha sonra əlaqəmiz tamamilə kəsildi”.

Neftçinin qardaşıRafiq Qasımovun sözlərinə görə, itkin düşən İman Qasımovla saat 10-nun yarısından sonra xəbər ala bilməyib. Rafiq bəyin sonuncu əldə etdiyi məlumata görə, qardaşı suya düşən qayığın içərisindəolub.

4 övlad sahibi İman Qasımov 32 ildir ki, mühəndis kimi çalışırdı.

Dənizin onu udduğu gün isə nəvəsi dünyaya göz açıb.

İndi dörd övladı, həyat yoldaşı, anası, bütün qohumları vətanışlarıXəzərin amansızlıqla udduğu neftçinin sağ-salamat tapılmasını gözləyir...

OXŞAR XƏBƏRLƏR