İtkin düşmüş şəxslərin ailələrinin psixo-sosial reabilitasiyası: problemlər və perspektivlər - FOTOLAR

GƏNCLİK
22:17 19.12.2012
1696

Bu gün insan hüquqları XXI əsr – Azərbaycan Fondunun İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi “itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial reabilitasiyası: problemlər və perspektivlər” mövzusunda hesabat konfransını keçirildi.AZXEBER.COM-un məlumatına görə, konfrans 2011-2012-ci illər ərzində Fondun nəzdində yaradılmış İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzinin fəaliyyətinə həsr olundu.Konfransı giriş sözü ilə açan İnsan hüquqları XXI əsr – Azərbaycan Fondunun rəhbəri Şahin Camalov 2 il müddətində Mərkəzin fəaliyyətinin məqsədi və əsas vəzifələri, görülən işlər haqqında geniş məlumat verdi.Növbəti çıxış üçün söz Mərkəzin psixoloqu Günel Tağızadəyə verildi. Mərkəzin psixoloqu ailə üzvlərinin üzləşdiyi bir çox psixoloji məqamlara toxunaraq, əsas problemlərini qeyd etdi.Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində itkin düşmüş şəxslərin ailə üzvlərinin qarşılaşdıqları hüquqi problemlərdən Birgə İşçi Qrupunun “Qaynar Xətt” Xidmətinin hüquqşünası və sözü gedən Mərkəzin rəhbəri Ülviyyə Rəhimova söz açdı.Ülviyyə xanımın sözlərinə görə itkin düşmüş şəxslərin ailə üzvlərinin çətinlik çəkdiyi əsas məsələlər sırasında şəhidlik statusunun və müavinət alınması, torpaq, mənzil, qeydiyyat, və s problemlərdir ki, Mərkəzin imkanları çərçivəsində hüquqi problemlə müraciət etmiş şəxslərə hüquqi məsləhətlər verilmiş və aidiyyatı orqanlara müraciətlərin hazırlanmasında köməklik göstərildi.Mərkəzin fəaliyyətinə sirdaş qismində cəlb olunmuş və ailə üzvünü müharibə dövründə itirmiş Gülçöhrə Abdullayeva Mərkəzin ailələrə müsbət təsirindən söz açdı.Qeyd edək ki, İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi 2011-ci ilin yanvar ayından İnsan hüquqları XXI əsr – Azərbaycan Fondunun nəzdində fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi müddət ərzində Bakı şəhərinin 4 rayonunu əhatə etmiş, ümümilikdə 500-ə yaxın itkin düşmüş şəxsin ailəsinə psixo-sosial sahədə dəstək göstərib.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR