Almaniyanın Hamburq şəhərində keçən həftədən axtarılan polis məmuru 22 yaşlı Maksim L.nin cəsədi tapılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Maksim L.Nin cəsədi meşə sahəsindən tapılıb. Bir həftədir axtarılan polis məmurunun cansız cəsədini xüsusi öyrədilmiş polis itləri tapıb. Hadisə ilə bağlı açıqlama verən polis "intihar olduğunu düşünürük" deyib.
Polis məmurun cəsədinin yanında xidməti silahının tapılması intihar ehtimalını daha da artırır. Hadisənin motivləri tibbi ekspertzanın verəcəyi cavabdan sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.