Heyvanlar arasında dəfələrlə müşahidə edilən dostluqlar insanları belə heyrətə gətirir. Bu yaxınlarda isə dünya mətbuatının gündəminə çıxan daha bir hadisə görtərdi ki, itlər və pişiklər heç də bir-biri ilə düşmən deyil. AZXEBER.COM-un dünya mətbuatına istinadla verdiyi məlumata görə, qarşılıqlı anlaşmaları ilə gündəmə gələnlər qoca Terfel adlı itlə Pauditi adlı pişik olub.Belə ki, kataraktadan əziyyət çəkn it zamanla görmə qabiliyyətini itirib. Bundan sonra onun hərəkəti məhdudlaşıb. Heyvanların sahibi olan təqaüdçü Cudi Qodfri Braunun sözlərinə görə, bir dəfə küçədən pişik taparaq evə gətirib. İlk görüşdə pişik itin görmədiyini bilib və onu pəncələrin köməyi ilə getmək istədiyi yerə istiqamətləndirib.İndi pişik gözləri görməyən itə tam peşəkar kimi bələdçilik edir, onun mebellərə, ağaclara dəyməməsi üçün bacardığını edir. İndi demək olar ki, bu küçə pişiyi gözdən əlil itin "gözləri" olub.