Bir neçə gündür sosial şəbəkələrdə "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın açıq-saçıq geyimi ilə bağlı gedən müzakirələrə İTV telekanalı rəsmi münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, telekanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev facebook hesabında həmin aparıcının artıq İTV-nin əməkdaşı olmadığını bildirib:
“Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil”.
Xatırladaq ki, məsələyə ilk toxunan AZXEBER.COM portalı olub. Belə ki, İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın geyimi sosial şəbəkələrə ən çox müzakirə olunan mövzulardan birinə çevrilmişdi.