İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı - FOTO

İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı - FOTO
Bütün Xəbərlər
20:31 26.02.2016
5234
Əliyevin meyiti “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.
OXŞAR XƏBƏRLƏR