Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq

Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
SOSİAL
10:38 21.06.2026
545
Mənzil alarkən insanların ən çox diqqət etməli olduğu sənəd çıxarışdır. Lakin daşınmaz əmlak bazarında sənədləşmə ilə bağlı problemlər və dələduzluq halları bu prosesi riskli edə bilir. Bəzi mənzillərə illərlə çıxarış verilməməsi, eləcə də saxta çıxarış, etibarnamə və digər mülkiyyət sənədləri ilə bağlı faktlar vətəndaşların narahatlığını artırır.

Minlərlə manatlıq əmlak alqı-satqısı zamanı hansı risklərə diqqət yetirilməlidir?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya danışan hüquqşünas Rəhim Xoyski vətəndaşların notariusdan müəyyən arayışlar əldə etməli olduğunu bildirib:

"Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, mülkiyyət hüququnun qeydiyyatı üçün ilk olaraq, Dövlət Reyestrindən Çıxarış yoxlanmalıdır. Bu, əmlakın mülkiyyətçisinin kim olduğunu və əmlakın rəsmi qeydiyyatda olduğunu təsdiq edən əsas sənəddir.

İkinci, yüklülük barədə, yəni əmlakın üzərində həbs, qadağa, ipoteka və ya digər məhdudiyyətlərin olub-olmadığını göstərən arayış (Forma-1) alınmalıdır. Hazırda bu məlumatlar notariuslar tərəfindən elektron sistem vasitəsilə real vaxt rejimində yoxlanılır. Bina hələ çıxarışla təmin olunmayıbsa, MTK üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənildiyi barədə maliyyə arayışı, mənzil nikah dövründə alınıbsa, həyat yoldaşının notarial qaydada təsdiq edilmiş razılığı mütləqdir".

Hüquqşünasın sözlərinə görə, daşınmaz əmlakla bağlı təkrar satış ən geniş yayılan problemlərdəndir:

"Xüsusilə çıxarışı olmayan MTK binalarında eyni mənzilin bir neçə şəxsə satılması ən çox rast gəlinən saxtakarlıq hallarından biridir. Bundan başqa saxta sənədləri də qeyd etmək olar. Köhnə nümunəli və ya saxta möhürlərlə hazırlanmış "çıxarışlar", etibarnamələr hazırlanır, həmçinin üzərində məhkəmə qərarı və ya vergi borcu səbəbindən qadağa olan əmlakın gizli satılmasına cəhdlər edilir".

Bəs sənədlərin həqiqiliyini necə yoxlamaq olar? Vətəndaşlar özlərini mümkün dələduzluq hallarından qorumaq üçün hansı addımları atmalıdırlar?

R.Xoyski burada faydalı ola biləcək portalların adını qeyd edib. Onun sözlərinə görə, sənədin həqiqiliyi yoxlamağın rəsmi üsullarından biri, "Elektron Hökumət" portalıdır (e-gov.az). Belə ki, "Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yoxlanılması" xidməti vasitəsilə çıxarışın nömrəsini daxil edərək sənədin rəsmi olub-olmadığını görmək mümkündür:

"Əmlak Məsələləri Dövlət Xidmətinin portalında (e-emlak.az) əmlakın statusu və reyestr məlumatları ilə də tanış olmaq olar. Notarius vasitəsiylə alqı-satqı zamanı notarius "Azərbaycan Notariatı" informasiya sistemi vasitəsilə birbaşa Əmlakın Reyestri Xidmətinə sorğu göndərir və sənədin həqiqiliyini anında təsdiqləyir".

Hüquqşünas həmçinin elektron xidmətlərin saxtakarlıq riskini minimuma endirdiyini vurğulayıb.

"Əvvəllər kağız sənədlər üzərində aparılan əməliyyatlar günlərlə çəkirdisə, indi elektron sistem vasitəsiylə əmlakın üzərindəki qadağa saniyələr ərzində görünür. Notarius, ASAN Xidmət və Reyestr İdarəsi vahid şəbəkədə birləşdiyi üçün saxta kağız sənədlə mənzil satmaq artıq praktiki olaraq qeyri-mümkündür. 2019-cu ildən tətbiq edilən elektron çıxarışlar itmə, sıradan çıxma və saxtalaşdırılma riskini tamamilə aradan qaldırıb, çünki sənəd yalnız sistemdə (bazada) mövcud olan elektron qeydlə hüquqi qüvvəyə malikdir", - deyə o ,əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
06:24 26.09.2026
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
03:49 26.09.2026
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO