
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nəsimi rayonunda "Toyota Prius C" markalı avtomobil mopedlə toqquşub.
Hadisə nəticəsində mopeddə olan sərnişin Əşrəf Mirzəyev aldığı müxtəlif dərəcəli xəsarətlərdən sonra xəstəxanada ölüb.
AZXEBER.COM xəbər verir ki, qəzada vəfat edən Ə.Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi olub.
Məlumata görə, o, bir neçə il əvvəl atasını da itirib.
Yaxınlarının dediyinə görə, Əşrəf ali təhsil müəssisəsini bitirib iyul ayında əsgər gedəcəkdi. O, hərbi xidmətdən sonra işləməyi, ailəsinə dəstək olmağı planlaşdırırdı