İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb.
Hadisə "Sabiha Gökçen” hava limanında baş verib.
"Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına enərkən eniş zolağından çıxıb.
Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.
İnsan tələfatı barəsində məlumat verilmir.
oxu.az