Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə evli olan Suada Hacızadə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, son bir neçə aydır artıq həyat yoldaşı ilə Amerikada yaşayan Suada rastlaşdığı maraqlı məqamları sosial şəbəkə izləyiciləri ilə paylaşır.
Suda qeyd edib ki, ABŞ-dakı yaşayışından çox məmnundur:
"Açıq fikirli mehriban insanlar, kovboylar, möhtəşəm musiqi, azad ruhlu insanlar, fərqli dünya. Buradakı ilk ay böyük mədəniyyət şoku yaşadım, artıq ikinci aydır ki burdayam, özümü evdəki kimi hiss edirəm. Burada insan yeni küçələr kəşf etmədən, yemək yeyib muzeylərə getmədən də, olduğun ölkənin ab-havasına girə və rahatlaşa bilərsən. İnsanlar öz ölkələrinin mədəniyyətini müxtəlif yollarla əks etdirirlər və bu, gözəldir".
Xatırladaq ki, Suada Hacızadə ilə Kristofer 2021-ci ildə iyunun 17-də ailə qurublar.