Jek müdirindən əcaib açıqlama: ‘Əcəb eləmişəm, MİS mənimdir, özüm bilərəm’ – FOTOLAR

Jek müdirindən əcaib açıqlama: ‘Əcəb eləmişəm, MİS mənimdir, özüm bilərəm’ –  FOTOLAR
Bütün Xəbərlər
16:05 01.05.2014
2075

Xətai rayonu 99 saylı MİS-in rəisi sakinlərin yolunu kəsərək, avtodayanacaq yaradıb

AZXEBER.COM-un məlumatına görə, editor.az-ın redaksiyasına Bakı şəhəri, Xətai rayonu, 99 saylı Mənzil İstismar Sahəsinin (MİS) fəaliyyəti ilə bağlı şikayət daxil olub.

Həmin ərazidə yaşayan sakinlər bildirir ki, MİS-in Fəyyaz adlı rəisi sakinlərin yolunu bağlayaraq, avtodayanacaq yaradıb. Bu məqsədlə avtomobil sahiblərindən pul aldığını deyən sakinlər indiyə qədər dəfələrlə müvafiq qurumlara müraciət etdiyini söyləsələr də, onların şikayətinə cavab verən tapılmayıb.

Biz də sakinlərin müraciətini nəzərə alaraq, Xətai rayonu 99 saylı Mənzil İstismar Sahəsinin rəisi ilə əlaqə yaratdıq. MİS-in Fəyyaz adlı rəisinin suala cavabı isə olduqca maraqlı oldu: “Artıq jurnalistlər buna da baxırlar. Gedin hara şikayət edirsiniz, edin. Əcəb eləmişəm, MİS mənimdir, özüm bilərəm”.

Bundan sonra dəstəyi asan MİS rəisinin fəaliyyəti ilə bağlı Xətai rayon Mənzil Kommunal Departamenti ilə əlaqə yaratdıq. Departamentin əməkdaşı bizə qurumun rəhbərinin nömrəsini versə də, davamlı zənglərimizə cavab verildi.

OXŞAR XƏBƏRLƏR