Beynəlxalq super ulduz Jennifer Lopez 22 sentyabrda, FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin açılış mərasimində çıxış edəcək. Bu, Jennifer Lopezin ölkəmizdə ilk çıxışı olacaq.
AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) açılış mərasimini Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edəcək.
Açılış mərasiminin biletləri aprelin 16-dan çempionatın https://www.fifa.com/Azerbaijan2012rəsmi internet səhifəsindən əldə oluna biləcək.
Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ilk bileti bu il martın 19-da keçirilmiş Novruz bayramı tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunmuşdu.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, sektorlardan asılı olaraq biletlərin qiyməti 5, 10 və 15 manat arasında dəyişir. VİP sektora biletlərin satışı isə nəzərdə tutulmayıb
Məsələ ilə bağlı ilk dəfə olaraq onlayn bilet satışı ilə bağlı məlumat mərkəzi yaradılıb. Ətraflı məlumat üçün +994 55 515 20 12 (mobil), +99412 480 36 90 (şəhər) nömrələrinə [email protected]/* */ ünvanına müraciət etmək olar.