'Jiquli' yük maşını ilə toqquşdu: 2 ölü, 2 yaralı

13:59 26.01.2013
1230

Dünən axşam saat 21 radələrində Bakı-Qazax yolunun 350-ci kilometrliyində, Goranboy rayonunun Goran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumatı Goranboy rayon Polis İdarəsindən veriblər. Məlumata görə, Goranboy rayon sakini 29 yaşlı Rəşad Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşı tərəfdən gələn KAMAZ markalı yük maşını ilə toqquşub.Daha sonra yüksək sürətlə hərəkət edən 23 yaşlı Şaiq Süleymanovun idarə etdiyi “Mercedes” markalı maşın KAMAZ-a çırpılıb. Nəticədə “VAZ 2107”nin sürücüsü Rəşad Həsənov və sərnişini Mübariz Tağıyev dünyasını dəyişib. Digər sərnişin Fariz Abbasov və “Mercedes”in sürücüsü Şaiq Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili olaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR