Jirinovskidən yaponlara şok təklif : “Gəlin bura özünüzə ev-eşik tikin”

Bütün Xəbərlər
16:20 13.03.2011
1644

AZXEBER.COM portalının Ria-Novosti”yə istinadən verdiyi xəbərə görə, vitse-spiker Yaponları Rus dilini öyrənməyə və Rusiyada qalmağı təklif edib : "Bizdə əl və beyinlərə, xüsusilə də yaponların əlləri və beyinlərinə ehtiyac duyulan yerlər çoxdur. Qoy, gəlsinlər, özlərinə ev-eşik tiksinlər, özlərini təmin etsinlər, qanuna müvafiq qaydada vətəndaşlığımızı qəbul etsinlər, rus dilini öyrənib yerli şəraitə assimilyasiya olsunlar. Yaponiya adaları daimi yaşayış üçün əlverişsizdir. Orada daim təbii fəlakətlər olur. Bu baxımdan Rusiya xeyli təhlükəsiz yerdir. Yaponlar kimi əməksevər, zəhmətkeş xalqın bizdə yaşamasından yalnız udarıq. Tarixi baxımdan da rus və yapon etnosları arasında birgə məqamlar çoxdur. Ona görə də üzümü Yaponiyaya tutub deyirəm: gəlin, mənə qulaq asın - dediyimi edin", - Jirinovski bildirib.

Qeyd edək ki, NHK  Jirinovskinin açıqlamasını “Yaponiyanı şoka salan qeyri-ciddi bəyanat” adlandırıb.

OXŞAR XƏBƏRLƏR