“JOY TOUR” və “JOY TRAVEL"lə bağlı əlavə şikayətlər də var - Prokurorluq

“JOY TOUR” və “JOY TRAVEL"lə bağlı əlavə şikayətlər də var - Prokurorluq
SOSİAL
11:49 18.09.2025
241
Bir neçə gün öncə Xətai rayon Prokurorluğunda JOY travel barəsində cinayət işi açılmışdı. Hazırda əlavə şəxslərdən də şikayət var.

AZXEBER.COM xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib.

"Biz dərhal müraciətlərə cavab vermişik. Onun rəhbərlərindən birinə həbs qətimkan tədbiri seçilib. İttihamın mahiyyətini təqsirsizlik prezumpsiyasına uyğun olaraq açıqlamırıq. Digər şəxslərin faktiki iştirakı ilə bağlı isə araşdırma aprılır və sonra hüquqi qiymətləndiriləcək", deyə idarə rəisi bildirib.
OXŞAR XƏBƏRLƏR