Jurnalist avtobus sürücülərindən narazı qaldı: “Bakının meri olduqlarını düşünürlər”

Jurnalist avtobus sürücülərindən narazı qaldı: “Bakının meri olduqlarını düşünürlər”
SOSİAL
13:50 28.08.2026
184
Jurnalist Pərviz Hüseynli Bakıda avtobus sürücülərinin idarəetmə tərzindən narazılığını ifadə edib.

AZXEBER.COM xəbər verir ki, o, sosial şəbəkə hesabında avtobusların digər nəqliyyat vasitələrinə yaxın və yüksək sürətlə hərəkət etdiyini bildirib:

"Heç nə yox, bu avtobus sürücüləri niyə elə bilir ki, Bakının meridirlər? Belə avtobus sürmək olar? Az qalırlar adamı tapdalasınlar. Martdan avtomobil sürürəm, bizim avtobuslardan qorxduğum qədər heç nədən qorxmuram. Baxmır ha, sən sağdasan, soldasan, bir dumanlı yoldasan, ildırım sürətilə üstünə sürür”.

P.Hüseynli avtobus sürücülərinin idarəetmə tərzinin təhlükə yaratdığını vurğulayaraq aidiyyəti qurumların məsələyə diqqət yetirməsini istəyib.

"AYNA bir əncam çəksə, xəbərdarlıq eləsə, yaxşı olar. Çətin məsələdir. Amma asan məsələlər də həll olunmur”, – deyə jurnalist qeyd edib.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR