Jurnalist AzTV-dən Avropa Məhkəməsinə şikayət etdi

Jurnalist AzTV-dən Avropa Məhkəməsinə şikayət etdi
MEDIA
17:30 28.03.2012
1914

AzTV-də çalışanlarla qısamüddətli (1, 2, 3 aylıq) əmək müqavilələri bağlanmasına etiraz edən Asəf Quliyev bu gün Avropa Məhkəməsinə şikayət edib.

AZXEBER.COM-un məlumatına görə, Asəf Quliyev 2010-cu ilin iyulunda əmək müqaviləsi uzadılmadığından Az.TV-də işdən çıxarılıb. Bunu qanunsuz sayıb məhkəməyə müraciət edən jurnalist ölkədaxili məhkəmələrin qərarlarından narazı qalıb. Jurnalist hesab edir ki, milli məhkəmələrin qərarları onun Azərbaycan qanunvericiliyində, eləcə də Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə təşkil edib. Jurnalistlərin hüquqlarını Media Hüququ İnstitutunun (MHİ) hüquqçuları müdafiə ediblər. Hüquqçular hesab edirlər ki, ölkə məhkəmələri A.Quliyevin iddiası üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı (maddə 10) hüququna müdaxilə ediblər. Avropa Məhkəməsindən jurnalistin hüquqlarının pozulmasının tanınması, onun işlə bağlı çəkdiyi xərclərin, habelə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir. Avropa Məhkəməsinə təqdim olunan şikayətdə bildirilir ki, A. Quliyev 2006-cı ildən Az.TV-də “Uşaq, gənclik və hərbi-vətənpərvərlik” proqramları baş redaksiyasında redaktor vəzifəsində çalışıb. 2005-ci ildə yenidən qurulmasından və cənab Arif Alışanovun sədr təyin olunmasından sonra Az.TV-də bütün əvvəlki işçilər işdən azad ediliblər. Həmin dövrdən Az.TV-də işçilərlə münasibətlərin müvəqqəti qısamüddətli əmək müqaviləsi əsasında qurulması praktikası tətbiq olunmağa başlayıb. Belə müqavilələr 2 və ya 3 ay müddəti üçün bağlanır. Hamı üçün eyni məzmunda olan bu müqavilələrə əsasən müqavilənin müddəti bitdikdən sonra Az.TV həmin işçilərlə əməkdaşlığı davam etdirib-etdirməməkdə tam sərbəstdir. Az.TV rəhbərliyi heç bir səbəb göstərmədən 2 və ya 3 aydan sonra işçi ilə əməkdaşlığı davam etdirməməyə qərar verə, onunla yeni müqavilə bağlamaya bilər. Beləliklə, Az.TV-də çalışan bütün jurnalistlərin başı üzərində davamlı olaraq hər 2 və ya 3 aydan bir işini hər hansı bir ciddi əsas olmadan itirmək qorxusu asılıb. Bu dolaşıq daxili idarəetmə sistemi Az.TV rəhbərliyinə özünün bəyəndiyi “sözəbaxan” jurnalistəri həvəsləndirmək, onlara daha çox tapşırıq və qonorar vermək, “sözəbaxmayanları” isə qonorarsız qoymaqla cəzalandırmaq imkanı verib. Jurnalistin Avropa Məhkəməsinə təqdim edilən şikayətində Az.TV-də tətbiq olunan bu idarəetmə sistemi dövlətin tam nəzarətində olan yayım qurumunun doğru və balanslı xəbərləməsini şübhə altına alan, jurnalistlərin həm əmək, həm də ifadə azadlığı hüquqlarını pozan hal kimi qiymənləndirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər