Jurnalist Elton Hacıyev "Birlink” internet provayderindən şikayətçidir.
Şikayətçi AZXEBER.COM-a açıqlamasında bildirib ki, şirkət müştərilərə həm maddi, həm də mənəvi zərər vurur:
"Balansımda 3,88 manat var idi, 31 manat ödədim. Bundan sonra balansım 34,88 manat olmalı idi. Ancaq borcum olmamasına baxmayaraq mesaj gəldi ki, balansda 30,88 manat qalıb. Bəs 3 manat hara yoxa çıxdı? Hazırda isə televizorum bloklanıb. Çağrı mərkəzinə zəng etdim, operator xanım problemdən xəbərsiz olduğunu bildirdi. Texniki xidmətin gələcəyi deyilsə də, məsələ hələ də həllini tapmayıb”.
Mövzu ilə bağlı quruma müraciət etsək də, şirkətdən açıqlama almaq mümkün olmadı.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Şahanə Ziyad