Jurnalist Əziz Orucovun ittiham olunduğu maddələr açıqlandı

Jurnalist Əziz Orucovun ittiham olunduğu maddələr açıqlandı
MEDİA
16:09 01.06.2017
1295

Jurnalist Əziz Orucovun hansı maddələrlə ittiham edildiyi bəlli olub. 

AZXEBER.COM verdiyi xəbərə görə, onun vəkili Elçin Sadıqov bildirib ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib: "O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı müstəntiqin verdiyi təqdimata baxılması üçün Nəsimi rayon məhkəməsinə aparılıb”.

OXŞAR XƏBƏRLƏR